Moldova Avropa İttifaqına (Aİ) namizəd statusu almaq üçün sorğunun birinci hissəsini dolduraraq Avropa Komissiyasına təqdim edib.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Bildirilir ki, anket dövlətin Avropa İttifaqına daxil olmaq üzrə danışıqlarda iştirak etmək istədiyini müəyyən edir. Sorğu nəticələrinə əsasən Avropa Komissiyası dövləti Aİ-yə üzv olmağa namizəd kimi tanımağa və danışıqlar prosesinə başlamağa imkan verən nəticə çıxarır.
Ölkənin Aİ-yə üzv olması ilə bağlı qərarı ittifaqa üzv olan bütün dövlətlər yekdilliklə qəbul etməlidir.