Moldova Avropa İttifaqına (Aİ) daxil olmağın texniki mərhələsinə başlayıb.
Bu barədə Moldova baş nazirinin Avropaya inteqrasiya üzrə müavini Kristina Gerasimova bildirib.
“Fevralın 7-də biz Moldovanın Aİ-yə daxil olması ilə bağlı texniki işlərin birinci mərhələsinə qədəm qoyduq. Ölkəmizin müasir tarixində Aİ ilə ən dərin və ən yaxın əlaqələrimiz var”, – o deyib.
Moldovalı diplomat qeyd edib ki, birinci mərhələdə milli qanunvericiliyin Avropa İttifaqının qanunvericiliyinə uyğunluğunun qiymətləndirilməsi aparılıb.