18 C
Baku
Sunday, September 8, 2024

Moldova Azərbaycanın pensiya-sosial sığorta təcrübəsini öyrənmək istəyir

Moldovanın Milli Sosial Sığorta Kassası (MSSK) pensiya-sosial sığorta və sosial təminat sahəsində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) təcrübəsini öyrənməkdə maraqlıdır. Bu məqsədlə Azərbaycanda səfərdə olan MSSK-nın nümayəndə heyətinin rəhbəri Natalya Varban DSMF-nin İdarə Heyətinin sədr müavini Səfər Mehdiyevlə görüşüb.

Fonddan Banker.az-a verilən məlumata əsasən, görüşdə Fondun fəaliyyət istiqamətləri üzrə hüquqi təminat işinin təşkili və ölkəmizdə sosial ödənişlər mövzuları müzakirə olunub.

Eyni zamanda Moldovada sosial müavinətlər, müflis olmuş iqtisadi agentlər ləğv edildikdə sosial sığorta haqlarının geri qaytarılması və ya bərpası mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər
Digər xəbərlər