Moldova Azərbaycanla qaz tədarükü ilə bağlı uzunmüddətli müqavilənin imzalanması imkanlarını nəzərdən keçirir.
Bunu ölkə baş nazirinin müavini Andrey Spınu deyib.
“Moldova hökuməti fövqəladə vəziyyətə hazırlıq görür. Hazırda Rumıniya və Azərbaycanla qaz tədarükü ilə bağlı uzunmüddətli müqavilənin imzalanması müzakirə olunur”, – deyə o bildirib.
Baş nazir müavininin sözlərinə görə, Moldovanın 35 milyon kubmetr qaz ehtiyatı var ki, bu da maksimum 10 günə kifayətdir. Bununla belə, A.Spınu bildirib ki, bu müddət digər mənbələrdən qaz tapmaq üçün kifayət edəcək.