12 C
Baku
Wednesday, December 11, 2024

Moldova bu həftə MDB sazişlərindən çıxacaq

Moldova bu həftə MDB çərçivəsində imzalanmış bir sıra sazişlərin denonsasiyası prosesinə başlayacaq.

Bu barədə ölkənin xarici işlər naziri Niku Popesku bildirib.

Nazir qeyd edib ki, rəsmi Kişinyovun Aİ-yə daxil olmaq üçün götürdüyü öhdəliklərə uyğun gəlməyən razılaşmalar ləğv ediləcək.

Onun sözlərinə görə, Moldova Rusiyanın ölkədəki sabitliyi pozmaq cəhdlərini məhdudlaşdırmaq üçün artıq çox geniş istiqamətlərdə fəaliyyət göstərir.

“Bu günlərdə biz Moldovanın MDB çərçivəsində bəzi razılaşmalardan denonsasiya prosesinə də başlayırıq”, – o bildirib.

Nazir vurğulayıb ki, Moldova qurumları MDB çərçivəsində imzalanmış bir sıra sazişlərin aktuallığını təhlil ediblər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər