13 C
Baku
Sunday, November 27, 2022

Moldova fövqəladə vəziyyət rejimini uzatdı

Moldova Ukraynadakı müharibə ilə əlaqədar fövqəladə vəziyyət rejimini daha 60 gün uzadıb.

Bununla bağlı Moldova hökumətinin müraciəti əsasında parlament qərar qəbul edib.

Hakim Fəaliyyət və Həmrəylik Partiyasının 53 deputatı fövqəladə vəziyyət rejiminin oktyabrın 7-dən uzadılmasına səs verib.

Baş nazir Natalia Qavrylitsa fövqəladə vəziyyətin uzadılması zərurətini Ukraynada davam edən müharibə, enerji böhranı və Rusiyada elan edilən səfərbərliklə izah edib. Onun sözlərinə görə, müharibə başlayandan bəri sərhədçilər Moldova sərhədini qanunsuz keçmək üçün 2000-dən çox cəhdin qarşısını alıblar.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər
X