Moldova iyunun 1-2-də hava məkanını bağlayacağını açıqlayıb.
Bu barədə Moldova Baş Polis Müfəttişliyi məlumat yayıb.
Bildirilib ki, qərar ölkədə Avropa siyasi ictimaiyyətinin sammitinin keçirilməsi ilə bağlıdır.
Həmçinin əlavə olunub ki, mayın 15-dən 25-dək Kişinyov Beynəlxalq Aeroportunun yaxınlığındakı avtomobil dayanacağı xüsusi rejimdə fəaliyyət göstərəcək. Eyni zamanda aşağı mərtəbələrdə avtomobillərin parklanması qadağan olunacaq.