8 C
Baku
Cümə axşamı, Dekabr 2, 2021

Moldova hökuməti qazın bahalaşmasına görə əhaliyə təzminat ödəyəcək

Moldova vətəndaşlarına qazın qiymətinin artmasına görə 1,6 milyard ley (91 milyon ABŞ dolları) təzminat ödəniləcək.

Bu barədə “Newsmaker.md” xəbər verir.

Moldova hökumətinin qaz tariflərinin artırılması ilə əlaqədar əhaliyə kompensasiya ödəmək təklifini ölkə başçısı Maya Sandu da dəstəkləyib.

M.Sandu bildirib ki, beynəlxalq bazarda qazın qiymətinin nəzərəçarpacaq dərəcədə artması Moldova üçün ağır yükdür:

“Əhalinin əksəriyyətinin gəlirləri orta səviyyədədir. İnsanlar haqlı olaraq qiymət artımının nəticələrindən narahatdırlar. Bu vəziyyətdə dövlət vətəndaşların ən həssas təbəqələrini dəstəkləməlidir”, – Prezident deyib

Mənbə:Report
Son xəbərlər
Oxşar xəbərlər
X