Moldova hökuməti odun almaq üçün internet saytı açıb.
Portal rus və rumın dillərində təqdim olunub.
Saytda odunu haradan, hansı həcmdə, kimin almaq hüququna malik olduğunu, eləcə də onların dəyərini öyrənmək olar.
Qeyd edək ki, fərdi istehlakçılar üçün odunun qiyməti 2021-ci ilin qiyməti ilə eynidir. 2022-ci ildə ölkədə sərt odunun satış qiyməti bir kubmetr üçün 550 ilə 875 ley (təxminən 48-76 manat) arasında dəyişir. Yumşaq ağacın qiyməti isə bir kubmetr üçün 350-475 ley (təxminən 30-41 manat) arasında dəyişir.
Odunun yüklənməsi və daşınması alıcının hesabına həyata keçirilir.
Xatırladaq ki, hazırda respublika enerji daşıyıcılarının qiymətinin artması ilə əlaqədar enerji böhranı yaşayır. Son bir ildə məişət istehlakçıları üçün qazın qiyməti 6 dəfə artıb. Hakimiyyət vətəndaşları qışda qaz istehlakını 15 faiz azaltmağa çağırır.