Moldovanın Müstəqil Dövlətlər Birliyinin (MDB) Parlamentlərarası Assambleyasının tərkibindən çıxması proseduruna başlamaq barədə qərar qəbul edilib.
Bu barədə Moldova parlamentinin sədri İqor Qrossu qərar verib.
“Mən Moldova Respublikasının MDB parlamentlərarası assambleyası haqqında sazişdən çıxması prosesinə başlamaq qərarına gəldim”, – Qrossu brifinq zamanı jurnalistlərə bildirib.
O, MDB strukturlarını Moldova üçün yararsız adlandırıb.
Rəsminin sözlərinə görə, o, bu qərarı ölkə vətəndaşları, hakim partiyanın nümayəndələri, eləcə də respublika prezidenti Maya Sandu ilə məsləhətləşmələrdən sonra verib.