7 C
Baku
Thursday, February 29, 2024

Moldova MDB-nin hərbi sazişlərini də ləğv edəcək

Moldova Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində silahlı qüvvələr və sərhəd qoşunları, eləcə də strateji silahlı qüvvələr haqqında sazişlərdən çıxacaq.

Bu barədə Moldovanın müdafiə naziri Anatoli Nosati hökumətin iclası zamanı məlumat verib.

O qeyd edib ki, qanun layihələri tezliklə Moldova parlamentinə təqdim ediləcək.

“Hökumət müqavilələrin denonsasiyasını təsdiqləyib. Bu sənədlər 1991-ci il dekabrın 30-da Minskdə imzalanıb, lakin Moldova Respublikası tərəfindən hələ də həyata keçirilməyib. İndi bu müqavilələrdən çıxmaq barədə qərar qəbul edilib”, – deyə Nosati bildirib.

Onun sözlərinə görə, Kişinyovun müqavilələrdən çıxması heç bir mənfi siyasi nəticələrə səbəb olmayacaq, çünki Moldova BMT çərçivəsində təhlükəsizlik sisteminin bir hissəsi olaraq qalacaq. Nazir vurğulayıb ki, Moldova “respublika ərazisinə xarici qoşunların yerləşdirilməsinə imkan verməyən daimi neytrallığı saxlamaq” niyyətindədir.

Moldova hakimiyyəti 2022-ci ildə Ukraynada müharibənin başlamasından az sonra MDB-dən çıxmaq niyyətində olduğunu bildirib. Ötən ilin yazında Kişinyov faktiki olaraq Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurası, Hökumət Başçıları Şurası və Xarici İşlər Nazirləri Şurası kimi əsas orqanlarında fəaliyyətini dayandırıb. Moldova hakimiyyəti ölkənin MDB çərçivəsində bağlanmış əksər sazişlərdən çıxması ilə bağlı ardıcıl qərarlar qəbul edir.

Son xəbərlər
Digər xəbərlər