17 C
Baku
Thursday, May 2, 2024

Moldova ölkənin cənubundakı neft və qaz yataqlarını milliləşdirir

Moldova hökuməti ölkənin cənubundakı kəndlərdə neft və qaz yataqlarını milliləşdirir.

Moldova parlamenti ölkənin cənubundakı təbii qaz və xam neft yataqlarının istismarı üçün aktivlərin hökumətin nəzarətinə keçəcəyi qanun layihəsini qəbul edib.

Qanun layihəsi birinci və ikinci oxunuşlarda qəbul edilib.

Söhbət Moldovanın Kaqul rayonunun Valeni kəndində və Kantemir rayonunun Viktorovka kəndindəki neft mədənlərindən gedir. Milliləşdirmə qərarı yataqların işlənməsi üçün lisenziyaya malik olan Redeco və Valiexchimp şirkətlərinin fəaliyyətində bir sıra problemlər aşkar edildikdən sonra qəbul edilib. Hakimiyyət xüsusi mülkiyyətçilərin hərəkətlərini səmərəsiz hesab edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər