15 C
Baku
Tuesday, April 23, 2024

Moldova prezidenti hökuməti istefaya çağırdı

Moldova prezidenti İqor Dodon parlamentə növbədənkənar seçkilər keçirmək üçün hakim Demokratik Partiya tərəfindən formalaşdırlan Pavel Filip hökumətini istefaya çağırıb.

Banker.az Oxu.az-a istinadən xəbər verir ki, Dodon bunu Nazirlər Kabinetində bir gün əvvəl elan olunan yerdəyişmələri şərh edərkən bildirib.

“Mən seçkilərə bir neçə ay qalmış hökumətin heyətində dəyişikliklərin nəyə lazım olduğunu anlamıram. İnsanlar bu hökumətin və parlament çoxluğunun tamamilə getməsini istəyir.

Əgər demokratlar, həqiqətən, vətəndaşları eşitsəydi, parlamenti çoxdan buraxar və növbədənkənar seçkiləri elan edərdilər ki, bu məsələ fevrala qədər uzanmasın”, – İqor Dodon özünün “Facebook” səhifəsində yazıb.

“Mən hökumətin tam heyətlə istefaya getməsini, parlament seçkilərinin keçirilməsini, yeni parlament çoxluğunun və yeni hökumətin formalaşmasını gözləyirəm”, – deyə Moldova prezidenti əlavə edib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər