10 C
Baku
Monday, November 18, 2024

Moldova Prezidenti nüvə silahından istifadə ehtimalı istisna etməyib

“Moldova dövlət xidmətlərinə nüvə fəlakəti və ya nüvə silahından potensial istifadə zamanı tədbirləri nəzərdən keçirmək tapşırılıb”.

Bu barədə Moldova Prezidenti Maya Sandu bildirib.

O qeyd edib ki, hazırda nüvə silahından istifadə ehtimalı azdır, lakin tamamilə istisna etmək mümkün deyil. Ona görə də Ali Təhlükəsizlik Şurası hökumətə təhlükəyə reaksiya verilməsi və nəticələrin aradan qaldırılması hazırlığının yoxlamanılmasını tövsiyə edib.

Təhlükəsizlik Şurası həmçinin əhalinin nüvə fəlakəti zamanı mühafizə vasitələri haqqında məlumatlandırılmasını təklif edib.

Qərb mediasının öz mənbələrinə istinadən verdiyi məlumata görə, Qərb paytaxtları Rusiya Prezidenti Vladimir Putinin nüvə təhdidlərini həyata keçirməyə başlayacağı halda müdafiə planları hazırlayırlar.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər