10 C
Baku
Wednesday, December 11, 2024

Moldova prezidenti parlamentin buraxıldığını elan edib

Moldova prezidenti Maya Sandu çərşənbə günü keçirdiyi brifinqdə parlamentin buraxılması ilə bağlı fərman imzaladığını açıqlayıb.

“RİA Novosti” xəbər verir ki, o, ölkədə növbədənkənar parlament seçkilərinin iyulun 11-də keçiriləcəyini də bildirib.

Xatırladaq ki, martın sonunda prezident parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsinə qərar vermək hüququnu təsdiqləmək üçün Konstitusiya Məhkəməsinə müraciət etmişdi. Buna deputatların üç ay ərzində iki dəfə hökuməti qura bilməməsi səbəb olmuşdu.

M.Sandu ölkədə qüvvədə olan fövqəladə vəziyyət rejimi səbəbi ilə buna qədər parlamentin buraxılması haqqında fərman imzalaya bilməmişdi. Çərşənbə günü Konstitusiya Məhkəməsi parlamentin koronavirus səbəbi ilə mayın 30-dək ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edilməsi barədə qərarını qanunsuz olaraq tanıyıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər