10 C
Baku
Wednesday, December 11, 2024

Moldova Prezidenti: “Qaz tədarükü ilə bağlı Azərbaycanla danışıqlar aparırıq”

Moldova qaz tədarükü ilə bağlı Azərbaycanla danışıqlar aparır.

Bunu ölkə prezidenti Maya Sandu deyib.

“Alternativ qaz mənbələri tapmaq çətin deyil. Qəbulolunan qiymətə qaz tapmaq çətindir. Hökumət Rumıniya və Azərbaycanla danışıqlar aparır. Texniki baxımdan bu, mümkündür. Bu qaz Moldovanın bütün rayonlarına çata bilər. Yenə də bu, qiymətdən asılıdır”, – Moldova prezidenti deyib.

Qeyd edək ki, bir müddət əvvəl Moldova baş nazirinin müavini Andrey Spınu bildirmişdi ki, Moldovanın 35 milyon kubmetr qaz ehtiyatı var və bu maksimum 10 günə kifayətdir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər