16 C
Baku
Saturday, November 26, 2022

Moldova qaz tədarükünün azalmasına görə “Qazprom”u məhkəmə ilə hədələyib

Moldova qaz tədarükünün azalması səbəbindən “Qazprom”a qarşı sanksiya tətbiq edə, o cümlədən məhkəməyə müraciət edə bilər.

Bu barədə ölkənin Baş nazirinin müavini Andrey Spınu “Pro” telekanalının efirində deyib.

“Hüquqşünaslar bütün həcmin tədarükü məsələsində müqaviləyə əməl edilməməsinə görə sanksiyaların tətbiqi imkanlarını təhlil edirlər. Məsələ aydın olanda biz hansı addımlar atacağımıza və hansı istiqamətdə hərəkət edəcəyimizə qərar verəcəyik”, – siyasətçi bildirib.

A.Spınunun sözlərinə görə, Rusiya şirkəti qazın bütün ödənişləri edilsə də, tədarük həcmini azaltmaq qərarını heç bir şəkildə izah etməyib. Siyasətçinin Rusiya şirkətinin rəhbərliyi ilə söhbət üçün dəfələrlə sorğu göndərməsinə baxmayaraq, “Moldovaqaz” və “Qazprom” arasında dialoq yalnız texniki səviyyədə aparılır.

Ölkənin Baş naziri Natalya Qavrilitsa da Rusiya şirkəti Moldovaya qaz nəqlini dayandıracağı təqdirdə məhkəməyə müraciət etmək planlarından danışıb:

“Əgər təbii qaz tədarükü kəsilərsə, o zaman başa düşməliyik ki, kəsilmə kommersiya deyil, siyasi səbəblərdən baş verəcək və bu olarsa, sözsüz ki, məhkəməyə müraciət edəcəyik”.

Son xəbərlər
Digər xəbərlər
X