12 C
Baku
Saturday, November 23, 2024

Moldova Rumıniyadan elektrik enerjisi alacaq

Moldovanın “Energocom” dövlət müəssisəsi Rumıniyanın “Nuclearelectrica” dövlət şirkəti ilə 2023-cü ilin yanvarından gecə 10 MVt/saat, gündüz 30 MVt/saat elektrik enerjisinin alınması üçün müqavilə imzalayıb.

Bu barədə “Energocom”un mətbuat xidməti məlumat yayıb.

Elektrik enerjisinin qiyməti 1 MVt/saat üçün təxminən 91 avro təşkil edəcək.

Şirkət izah edib ki, gecə 10 MVt, gündüz isə 30 MVt saatlıq tədarük həcmidir.

“Energocom”un məlumatına görə, alınan elektrik enerjisi Moldovanın tələbatının 4 %-ni ödəyəcək.

Moldova elektrik enerjisinin bir hissəsini yerli istilik elektrik stansiyaları və bərpa olunan enerji mənbələri – külək və günəş elektrik stansiyaları hesabına istehsal edəcək, həmçinin Rumıniya birjasında satın alacaq.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər