Yaxın gələcəkdə Moldova Aİ-nin anti-Rusiya sanksiyalarına qoşula bilər.
Bu barədə Moldovanın Aİ-yə üzvlük üçün müraciətinin ildönümü şərəfinə keçirilən brifinqdə Moldovanın xarici işlər naziri Niku Popesku bildirib.
“Sanksiyalara gəlincə, bizim mövqeyimiz tamamilə aydındır. Bizim sanksiyalara əməletmə dərəcəmiz xeyli artacaq. Avropa İttifaqında 38 sanksiya rejimi mövcuddur ki, bunlardan sanksiyaların tətbiqi üçün hüquqi əsas kimi istifadə olunur”, – deyə Niku Popesku brifinq zamanı bildirib.
O qeyd edib ki, hazırda Moldova 10 sanksiya növünə qoşulmayıb, lakin yaxın gələcəkdə ölkə bu rəqəmi azaldacaq.