24 C
Baku
Monday, July 1, 2024

Moldova şirkəti Qarabağda şərab zavodu açmaq istəyir

Moldova şirkəti ilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində şərab zavodunun fəaliyyətinin təşkili imkanları müzakirə edilib.

Banker.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovun Şuşada “Purcari Wineries” şirkətinin baş icraçı direktoru Viktor Bostanla keçirdiyi görüşdə aparılıb.

Bildirilir ki, Azərbaycan və Moldova arasında münasibətlər inkişaf edir, iqtisadi gündəlik genişlənir. Görüşdə Moldova ilə iqtisadiyyatın bir çox sahələri, o cümlədən aqrar istiqamətlər üzrə tərəfdaşlığa dair mövcud potensial qeyd olunub, işğaldan azad olunmuş ərazilərimizdəki biznes layihələrində Moldova şirkətlərinin iştirakı imkanları diqqətə çatdırılıb.

Tərəflər işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq üçün yaradılmış şərait, potensial əməkdaşlıq və şərab zavodunun fəaliyyətinin təşkili imkanları barədə fikir mübadiləsi aparıblar.

 

Son xəbərlər
Digər xəbərlər