7 C
Baku
Sunday, December 15, 2024

Moldova və Rumıniya Ukraynanın yük maşınlarına yaşıl dəhliz yaradacaq

Moldova və Rumıniya hakimiyyətləri iki ölkə sərhədində yük maşınları növbəsinin aradan qaldırılması üçün birgə işçi qrup yaradır.

Bu barədə Moldova parlamentinin sədri İqor Qros Rumıniya ali qanunverici orqanının Aşağı Palatasının rəhbəri Marçel Çolakla danışıqların yekununa dair keçirdiyi brifinqdə bildirib.

İqor Qrosun sözlərinə görə, tərəflər sərhəddəki tıxacları, təhlükəsizliyi müzakirə etdiklərini qeyd edib:

“Yaranacaq işçi qrup sərhəddə trafiki sadələşdirəcək”.

Marçel Çolak bildirib ki, Rumıniya hakimiyyəti Ukrayna yük maşınlarına tranzit gediş üçün yaşıl dəhliz yaratmağı planlaşdırır:

“Bu barədə Rumıniyanın Baş naziri Çuke və xarici işlər naziri Luçian Bode deputatlarla bu mövzunu müzakirə ediblər”.

Moldova mətbuatının ötən həftə verdiyi məlumata görə, Rumıniya ilə sərhəddə Ukraynaya məxsus çoxlu sayda yük maşınları və neft məhsulları daşıyan tankerlərin kilometrlərlə uzanan növbəsi yaranıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər