Bu ilin ilk üç ayı ərzində mənzilini kirayəyə verən üç mindən artıq fiziki şəxs rəsmi qeydiyyata alınıb. Ölkənin fiskal orqanların məlumatına görə, əlavə gəlirlərin leqallaşdırılması heç də həmişə könüllü şəkildə baş vermir. Öz mənzillərini kirayəyə verən bir sıra vətəndaşları vergi müfəttişləri müstəqil şəkildə aşkara çıxarırlar.
Yanvar-mart ayları ərzində vergi orqanı əməkdaşları min beş yüzdən artıq kirayə gəliri əldə edən şəxsi müəyyənləşdirib, onlara müxtəlif sanksiyalar tətbiq ediblər.
Moldovanın Baş Dövlət Vergi Müfəttişliyindən verilən açıqlamada bildirilir ki, bu məqsədlə müfəttişlər nəzarət səfərləri təşkil edirlər.
Moldova qanunvericiliyinə əsasən, mənzilini kirayəyə verən şəxslər aldıqları məbləğin 7 faizini dövlət büdcəsinə ödəməlidirlər. Gəlirlərin bu növünü leqallaşdırmaq üçün kirayəçi ilə rəsmi müqavilə bağlamaq və vergi orqanında qeydiyyata durmaq lazımdır.
©Vergilər.az