15 C
Baku
Tuesday, April 23, 2024

Moldovada gömrük rüsumları internet üzərindən ödəniləcək

Dövlət Vergi Xidmətinin məlumatına əsasən, ilk dəfə olaraq idxal-ixrac əməliyyatları ilə bağlı ödənişlər hökumətin MPay elektron ödəniş sistemi vasitəsilə edilə biləcək. Beləliklə, vətəndaşlıq mənsubiyyətindən asılı olmayaraq, həm fiziki, həm də hüquqi şəxslər gömrük rüsumlarını özlərinə uyğun olan internet-bankinq, bank kartı və ya nağd pul kimi ödəniş alətləri vasitəsilə yerinə yetirə biləcəklər. Ödənişlərin bank kartı və ya nağd aparılması üçün ödəyicilər “cash-in” terminalından istifadə edəcəklər.

Bununla yanaşı, Moldova Gömrük Xidməti gömrük məntəqələrində kompüterlərin quraşdırılması təşəbbüsünü irəli sürüb. Həmin kompüterlər internet-bankinq sistemindən istifadə imkanı yaradacaq. Bundan əlavə, benefisiarların iki ödəniş variantı olacaq: onlar ödənişi ya avans şəklində, ya da gömrük rəsmiləşdirməsi zamanı edə biləcəklər.

Vergilər qəzeti

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər