Moldova parlamentinin iki üzvü yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
“RİA Novosti”nin verdiyi xəbərə görə, “Şor” partiyasının iki üzvü – İqor Ximiç və Vladimir Vityukun koronavirus testlərinin nəticələri pozitiv çıxıb.
Qeyd olunub ki, hər iki deputat ev şəraitində müalicə olunacaqlar.
Xatırladaq ki, Moldovada indiyədək COVID-19-a 20 980 yoluxma qeydə alınıb, virusa yoluxan 684 nəfər vəfat edib.