Moldova prezidenti Maya Sandu tərəfindən yaradılan və hal-hazırda hakimiyyətdə olan Avropa yönlü “Fəaliyyət və həmrəylik” partiyası parlament seçkilərində səslərin 47.83%-ni toplayaraq, 95% bülletenin sayılmasından sonra liderlik edir, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatlarında deyilir.
İkinci yerdə keçmiş dövlət başçısı (2016–2020-ci illərdə vəzifədə olub) İqor Dodonun rəhbərlik etdiyi Sosialistlər Partiyası, Kommunistlər Partiyası, həmçinin “Moldovanın Ürəyi” və “Moldovanın Gələcəyi” partiyalarını birləşdirən “Vətənpərvər seçki bloku” gəlir. Onlar 25.75% səs qazanıb.
Qeyd edək ki, parlamentə daxil olmaq üçün bloklar 7%, partiyalar 5%, müstəqil namizədlər isə 2% səs toplamalıdır. MSK-nın məlumatına görə, seçici fəallığı 52% təşkil edib.
Xatırladaq ki, daha əvvəl Sandu seçki prosesinə müdaxilə cəhdlərinin olduğunu bildirib və nəticələrin ləğv edilə biləcəyini istisna etməyib. Dodon da mümkün müdaxilələr barədə “əsaslı şübhələr və siqnallar” olduğunu deyib və buna görə hökuməti ittiham edib. O, tərəfdarlarını bir daha 29 sentyabrda parlament binası qarşısında etiraza çıxmağa çağırıb.