Moldovada koronavirus pandemiyası ilə əlaqədar fövqəladə vəziyyət rejimi tətbiq olunacaq.
Bu barədə Moldova hökuməti məlumat yayıb.
Bildirilib ki, hökumət noyabrın 30-dan yanvarın 15-dək fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi ilə bağlı qərar qəbul edib.
Xatırladaq ki, Moldovada indiyə kimi COVID-19-a 102 894 yoluxma qeydə alınıb, 2 229 nəfər vəfat edib.