9 C
Baku
Sunday, November 17, 2024

Moldovada səfərbərlik elan edilə bilər

Ukraynadakı hərbi əməliyyatlar sərhədə yaxınlaşarsa Moldovada səfərbərlik elan edilə bilər.

Bunu Moldova televiziyasına müsahibəsində ölkənin müdafiə naziri Anatoli Nosatı məlumat verib.

“Səfərbərlik elan edilməsi üçün Ukrayna cəbhəsində vəziyyətin köklü şəkildə dəyişməsi şərtdir: hərbi əməliyyatlar Moldova sərhədinə yaxınlaşarsa və ya silahlı qüvvələrin kütləvi yerdəyişməsi olarsa səfərbərlik elan edilə bilər” – deyə nazir qeyd edib.

Nazir əlavə edib ki, Ukraynadan kütləvi qaçqın axını zamanı da səfərbərlik elan edilməsi istisna deyil.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər