17 C
Baku
Thursday, May 23, 2024

Moldovada yeni xarici işlər naziri təyin olunub

Moldovada bu günədək Niku Popeskunun çalışdığı xarici işlər və inteqrasiya naziri postunu parlamentin vitse-spikeri, hakim “Fəaliyyət və həmrəylik” partiyasının deputatı Mixail Popşoy tutacaq.

Bu barədə hökumətin bu gün keçirilən iclasında Moldova Respublikasının Baş naziri Dorin Reçan elan edib.

Moldova parlamentinin deputatı olan M.Popşoy qanunverici orqana ilk dəfə 2019-cu ildə seçilib. O, 2017-ci ildən bəri “Fəaliyyət və həmrəylik” partiyasının sədr müavinidir.

Yeni nazir İtaliyanın Milan Universitetində politologiya üzrə doktor elmi dərəcəsi alıb. Parlamentin üzvü olmazdan əvvəl o, bəzi beynəlxalq təşkilatlarda siyasi müşavir olub. Popşoy, həmçinin NATO-nun Moldovadakı Mərkəzində layihə meneceri və ABŞ səfirliyində siyasi təhlilçi vəzifələrində çalışıb.

MənbəAZƏRTAC
Son xəbərlər
 ⁠
Digər xəbərlər