10 C
Baku
Wednesday, December 11, 2024

Moldovanın Bakıdakı səfiri geri çağırıldı

Moldova hökuməti Xarici İşlər Nazirliyinin Baş katibi Yevgeni Revenko tərəfindən təqdim olunan və bir neçə səfirin geri çağırılmasını nəzərdə tutan qətnamə layihələrini təsdiqləyib.

Səfirlərin geri çağırıldığı ölkələr arasında Azərbaycan da var.

Belə ki, Movdova hökumətinin qərarı əsasında Respublikanın Azərbaycandakı səfiri Georgi Leuka, eləcə də Portuqaliyadakı səfiri Dumitru Sokolan və Estoniyadakı səfiri İnqa İonese Kişineuya qayıdacaqlar.

KİV-də qeyd olunur ki, G.Leuka və D.Sokolan dövlət katiblərinin funksiyalarını yerinə yetirmək üçün Kişineuya qayıdır. Onların namizədlikləri hökumət iclasında təsdiqlənib.

©Report

Son xəbərlər
Digər xəbərlər