15 C
Baku
Cümə axşamı, Oktyabr 21, 2021

Moldovanın Baş naziri istefa verməyəcəyini açıqlayıb

faizlere

Moldovanın Baş naziri İon Kiku istefa verməyəcəyini bildirib.

TASS-ın verdiyi xəbərə görə, bu barədə Baş nazir hazırkı Prezident İqor Dodon və parlamentin sədri Zinayida Qreçani ilə görüşdən sonra deyib.

“İndi hökumətin vəzifəsi dövlət büdcəsini təsdiqləyərək ölkədə təqaüd və əmək haqlarının ödənməsində problem yaranmasına imkan verməməkdir. Buna görə hamıdan sakit olmağı xahiş edirəm. Qarşımızdakı 10-12 gündə dövlət büdcəsi layihəsini qəbul etmək lazımdır və bundan sonra bütün siyasətçilər məsuliyyət daşıyacaq və cəmiyyətin tələbinə uyğun hərəkət etməli olacaqlar”, – deyə Baş nazir qeyd edib.

O, parlamenti gələn ilin büdcəsinin təsdiqlənməsinə diqqət ayırmağa çağırıb: “2021-ci ilin dövlət büdcəsi, səhiyyə və sosial sığorta xərcləri, habelə maliyyə siyasəti dövlətin normal işləməsi, pensiya və maaşların ödənilməsi üçün parlament tərəfindən nəzərdən keçirilməli və qəbul edilməlidir. Parlamentarilər lazım hesab etdikləri bütün düzəlişləri etsinlər”.

Xatırladaq ki, yeni seçilən Prezident Maya Sandu Baş nazir İon Kikunu istefa verməyə çağırıb.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:APA
Son xəbərlər
360 380
Oxşar xəbərlər