-3 C
Baku
Sunday, December 15, 2024

Moldovanın naziri istefa verib

Moldovanın ətraf mühit naziri Yuliana Kantarciu istefa verib.

Bu barədə nazir sosial şəbəkədə bildirib.

Kantarciu vətəndaşların qış üçün odun alması ilə bağlı sayt ətrafında yaranan qalmaqaldan sonra istefa ərizəsi verdiyini açıqlayıb.

Belə ki, Moldovanın baş naziri Natalia Qavrilitsa Kantaraciunu sentyabrın 1-dək vətəndaşların qış üçün odun alınması prosesi haqqında tam məlumat ala biləcəkləri xüsusi veb-sayt yaratmaq tapşırığını yerinə yetirmədiyinə görə tənqid edib.

Hökumətin iclasından sonra jurnalistlərlə söhbətində nazir baş nazirin tapşırıqlarının yerinə yetirilməməsində heç bir qəbahət görmədiyini açıqlayıb.

 

 

Son xəbərlər
Digər xəbərlər