12 C
Baku
Saturday, November 23, 2024

Moldovanın qaz ehtiyatı açıqlandı

Moldovanın qaz ehtiyatları ən azı 2023-cü ilin sonunadək kifayət edəcək.

Bu barədə Moldovanın “Energocom” dövlət şirkətinin inzibati şurasının üzvü Aleksandr Slusar özünün “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Energocom”un qaz ehtiyatları 2023-cü ilin sonunadək kifayət edəcək. Lakin biz dayanmırıq, satınalmalar davam edir”, – deyə Slusar bildirib.

Qeyd edək ki, 2021-ci ilədək Moldova təbii qazın bir mənbəyindən – Rusiyadan 100 faiz asılı olub. 2022-ci ilin dekabrından isə ölkə Rusiyanın “Qazprom” şirkətinin tədarük etdiyi qazın istehlakından imtina edərək, Avropa bazarlarından təbii qaz satın almağa başlayıb.

Bu yaxınlarda isə Moldova Respublikasının Energetika Nazirliyinin dövlət katibi Konstantin Borosan Moldovanın Azərbaycandan təbii qaz satın almaqda maraqlı olduğunu bildirmişdi.

Son xəbərlər
Digər xəbərlər