12 C
Baku
Wednesday, December 11, 2024

Moldovanın xarici işlər naziri sabah Azərbaycana gəlir

Moldova xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku fevralın 8-də Azərbaycana səfər edəcək.

Bunu Moldovanın Azərbaycandakı səfirliyindən bildiriblər.

İki gün davam edəcək səfər çərçivəsində qonaq Azərbaycanın bir sıra rəsmilərilə iki ölkə arasında münasibətlər, aktual regional məsələlərlə bağlı müzakirələr aparacaq.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər