8 C
Baku
Wednesday, November 30, 2022

“Moldovaqaz”ın rəhbəri: “Rusiya qazının alış qiyməti azalacaq”

Noyabrda Moldova üçün Rusiya qazının alış qiyməti min kubmetr üçün 821 ABŞ dolları təşkil edəcək.

Bu barədə “Moldovaqaz” ASC-nin rəhbəri Vadim Çeban məlumat verib.

O, teleqram kanalında paylaşdığı informasiyada bunun oktyabr ayı ilə müqayisədə 210 dollar az olduğunu vurğulayıb. Belə ki, resursun qiyməti oktyabrda min kubmetr üçün 1 031 dollara çatmışdı.

V.Çebanın sözlərinə görə, noyabr ayında istehlak 115-120 milyon kubmetr səviyyəsindədir. “Bu halda, “Termoelektrik” və bəzi sənaye müəssisələrinin ehtiyac duyduğu 41 milyon kubmetr mazutla əvəz olunacaq, qalan 77 milyon kubmetr isə “Qazprom”dan (54 milyon kubmetr) və azad bazarda alışlar və ya “Energocom” dövlət müəssisəsindən (23 mln. kubmetr) tədarük ediləcək”, – o bildirib.

Xatırladaq ki, 2021-ci ilin oktyabrında Moldova hökuməti “Moldovaqaz” şirkətinin borcunun yoxlanılması üzrə auditin 2022-ci ildə aparılması şərti ilə “Qazprom”la ölkəyə “mavi yanacağın” tədarükü üzrə müqavilənin müddətinin uzadılması barədə razılığa gəlmişdi. Daha sonra isə “Qazprom” Moldovanın oktyabrın 20-dək ödəniş öhdəliklərini pozacağı və “Moldovaqaz”ın yığılıb qalan borcunun tənzimlənməsi üzrə sazişin bağlanması müddətlərini kobud şəkildə pozacağı halda Moldovaya qaz tədarükünü tamamilə dayandırmaq hüququnu özündə saxladığını bəyan etmişdi.

Son xəbərlər
Digər xəbərlər
X