17 C
Baku
Saturday, October 18, 2025

Monako və Lüksemburq Fələstini dövlət kimi tanıyıb

Monako və Lüksemburq Fələstinin dövlətçiliyini tanıyan ölkələrin siyahısına qoşulub. Bu barədə ölkələrin nümayəndələri BMT Baş Assambleyasında bəyan ediblər.

Qeyd edək ki, artəq BMT-yə üzv dövlətlərin təxminən 80%-i İsrail və Fələstin arasında münaqişənin həllini nəzərdə tutan “iki xalq üçün iki dövlət” prinsipini dəstəkləyib. Son bir neçə gün ərzində Fələstin dövlətini həmçinin Belçika, Fransa, Portuqaliya, Kanada, Böyük Britaniya və Avstraliya tanıyıb.

Fələstinin tanınması dalğası İsrailin Qəzza şəhərini ələ keçirmək üçün davam edən əməliyyatı fonunda baş verir. Sentyabrın 16-da BMT İnsan Haqları Şurası tərəfindən yaradılmış komissiya İsrail Müdafiə Ordusunun Fələstin anklavındakı hərəkətlərini soyqırım kimi tanıyıb.

Son xəbərlər
Digər xəbərlər