22 C
Baku
Tuesday, June 3, 2025

“Monetri” BOKT keçən il 4 mln. manat xalis mənfəət əldə edib

2024-cü ili 4 milyon 029 min manat xalis mənfəətlə başa vuran “Monetri” Bank Olmayan Kredit Təşkilatı MMC ötən illə müqayisədə mənfəətini 2.4 dəfə artırıb. Şirkətin 2023-cü il üzrə xalis mənfəəti 1 milyon 702 min manat təşkil etmişdi.

Banker.az BOKT-nin illik audit hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə təşkilatın əsas fəaliyyət sahəsi olan kreditdən faiz gəlirləri 5 milyon 460 min manat olub ki, bu da illik müqayisədə 20.5% artım deməkdir. 2023-cü ildə faiz gəlirləri 4 milyon 533 min manat.

Eyni zamanda, faiz xərcləri də artaraq 177 min manata yüksəlib. 2023-cü ildə 103 min manat faiz xərci vardı. Nəticədə, xalis faiz gəlirləri 19% artaraq 5 milyon 283 min manata çatıb.

İşçilərə çəkilən xərclər 61% artaraq 826 min manatdan 1 milyon 332 min manata, inzibati xərclər isə 809 min manatdan 1 milyon 027 min manata yüksəlib.

“Monetri” BOKT-nin cəmi aktivləri 2023-cü ildəki 17 milyon 672 min manatdan 2024-cü ildə 24 milyon 130 min manata qədər artaraq 36.5%-lik yüksəliş göstərib. Artım əsasən müştərilərə verilmiş kreditlər (108%-lik artım) və maliyyə lizinqi üzrə investisiyalar (16.8%-lik artım) hesabına baş verib.

Təşkilatın ümumi kapitalı 25% artaraq 15 milyon 278 min manatdan 19 milyon 152 min manata yüksəlib. Bölüşdürülməmiş mənfəət 2024-cü ildə 9 milyon 139 min manat təşkil edib.

Xatırladaq ki, 2013-cü ildə təsis edilmiş bu kredit təşkilatının hazırda 10 milyon manat nizamnamə kapitalı var. Nizamnamə kapitalının 75.0 faizi “Practical Solutions Middle East FZ” Şirkətinə, 12.5 faizi Faiq Məmmədova, 12.5 faizi isə “Chaparxana KFT” şirkətinə məxsusdur. BOKT 2024-cü ilin III rübünə qədər “PSG BOKT” olaraq fəaliyyət göstərib.

 

3434543

Son xəbərlər
Digər xəbərlər