“Bank VTB (Azərbaycan)” “Monex” pulköçürmə sisteminə qoşulub. Bunun sayəsində bankın müştəriləri həm ölkədaxili, həm xaricə pul köçürə biləcək.
Bankdan bildiriblər ki, “Monex” sistemi istənilən məsafədə qısa müddət ərzində pul vəsaiti köçürməyə imkan verir. Bu sistem vasitəsilə dünyada 30 mindən çox məntəqəyə pul göndərib və almaq olar. Pul köçürmələri manat, dollar və avro ilə həyata keçirilir.
“Monex” sistemi vasitəsilə Azərbaycan daxilində köçürmələr ünvansız həyata keçirilir və müştəri pul vəsaitini istənilən regionda əldə edə bilər. Məbləğdən asılı olaraq ölkə daxilində köçürmə 2 manatdan 30 manatadək (dollar və ya avro), xarici ölkəyə köçürmə isə ümumi məbləğin 1,5 faizini təşkil edir.
“Bizim üçün ən əsası hər bir müştərimizi keyfiyyətli bank xidməti ilə təmin etməkdir. Biz daim məhsul və xidmətlərimizi inkişaf etdiririk. “Monex” pulköçürmə sisteminin tətbiqi bu istiqamətdə atılan növbəti addımdır. Yeni sistemin əsas əlverişli cəhəti odur ki, bu sistem müştərilərimizə Azərbaycan daxilində də köçürmələr etməyə imkan verir”, – deyə “Bank VTB (Azərbaycan)”ın idarə heyətinin sədri Yuri Yakovlev bildirib.
AZƏRTAC