“Bank Respublika” ASC “Monitorinq şöbəsinin mütəxəssisi” vəzifəsi üzrə vakansiya elan edir.
Artıq 25 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.
Ümumi vəzifə öhdəlikləri:
• Filialların kredit portfelini hesabatlar əsasında təhlil etmək və şübhəli halları aşkar etmək;
• Filiallarda verilmiş kreditləri monitorinq etmək və monitorinq olunan kreditlərin keyfiyyətini qiymətləndirmək;
• Monitorinq zamanı müəyyən olunan potensial risk və nöqsanlar barədə rəhbərliyə məlumat vermək və zəruri hallarda bankın daxili qaydalarında, prosedurlarında dəyişikliklərin edilməsi üzrə tövsiyələr vermək;
• Filiallarda keçirilmiş monitorinqin nəticələri üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
Namizədə qarşı tələblər:
• Ali iqtisadi və ya hüquqi təhsil;
• Bank sahəsində minimum 2 illik iş təcrübəsi (mikro kreditlər üzrə çalışan kredit işçilərinə üstünlük veriləcək);
• Analitik düşünmə qabiliyyəti;
• Dil bilikləri: Azərbaycan dili mükəmməl olmalı, rus və ingilis dilləri arzuolunandır;
• MS Office (Word, Excel) proqramları üzrə biliklər;
• Öz fikirlərini yazılı şəkildə ifadə etmək bacarığı;
• Yüksək ünsiyyət və komandada işləmək bacarığı;
• Bankın filiallarına istənilən vaxt ezamiyyətlərə gedə bilmək imkanı və istəyinin olması;
• Sürücülük vəsiqəsinin olması arzuolunandır.
Sizə nə təklif edirik?
• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 18 may 2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Monitorinq şöbəsinin mütəxəssisi” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.