Azərbaycan Höküməti və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı tərəfindən maliyyələşdirilən «Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi» Layihəsi üçün Əlavə Maliyyələşdirmənin icraçı təşkilatı olan Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu aşağıdakı vakansiyalar üzrə sənədlərin qəbulunu keçirir:
Monitorinq və qiymətləndirmə üzrə Mütəxəssis
Əsas vəzifələr
– Əməliyyat Rəhbərliyinin prosedurlarına və qaydalarına uyğun olaraq MKSIF-in icra etdiyi mikrolayihələrin və ictimai yaşayış binalarının təmirindən sonrakı bütün dövriyyəsinə nəzarət etmək və monitorinqini aparmaq;
– Mikrolayihələrin və təmir-bərpa işləri başa çatmış ictimai yaşayış binaları üzrə məcburi köçkün icmaları ilə yerlərdə iclaslar təşkil edərək monitorinq aparmaq;
– Məcburi köçkün icmaları ilə aparılan iclaslarda icma üzvləri tərəfindən başa çatmış mikrolayihələrin və təmir-bərpa işlərinin təsirinin qiymətləndirilməsi müzakirə etmək;
– Icrası başa çatmış hər bir obyekt üzrə məlumat toplamaq və xüsusi sorğu formalarından istifadə edilməklə qiymətləndirmə aparmaq;
– Məcburi köçkün icmaları ilə daima sıx əlaqədə işləmək;
– Layihə üzrə monitorinq və qiymətləndirmə hesabatlarının hazırlanması üçün, həmçinin proqram çərçivəsində icra olunacaq işlərdə faydalananların yaxından iştirakının təmin edilməsi məqsədilə icmaların səfərbərliyi üzrə menecer/mütəxəssis ilə əlaqəli işləmək;
– Hər bir komponent üzrə mikrolayihələrin icmaya təsirinin monitorinqinin nəticələrini təhlil etmək, ümumiləşdirmək, hesabatlar təqdim etmək;
– Icma üzvlərinin mikrolayihələrin icra keyfiyyətindən məmnunluğunu öyrənmək məqsədilə ehtiyac olduqda mikrolayihələrin icmaya təsirinin qiymətləndirilməsi prosesində iştirak etmək;
– Layihənin icrası müddətində ehtiyac yarandıqda Əməliyyat Rəhbərliyinin müvafiq bölməsində təkmilləşdirmə məqsədi daşıyan düzəlişlər və dəyişikliklərdə iştirak etmək;
Tələb olunanlar
Təhsil
• Inşaat və humanitar sahə üzrə ali təhsil (minimum bakalavr dərəcəsi, maqistr dərəcəsinə üstünlük verilir);
Təcrübə və biliklər
• Inşaat və icma iştirakı metodologiyaları əsasında ən azı 3 il iş təcrübəsi;
• Məcburi köçkünlərlə ən azı 3 il iş təcrübəsi;
Bacarıqlar
• Azərbaycan dilini sərbəst bilməli (ingilis dilini bilənlərə üstünlük verilir);
• Kompüter proqramlarından mükəmməl istifadə etmək bacarığı (MS Windows, MS Excel, Word);
• Həssas insanlar ilə işləmək bacarığı.
Işin şərtləri
Montorinq və qiymətləndirmə üzrə mütəxəssis başa çatmış işlərin monitorinqi ilə bağlı tez-tez ezamiyyətlər etməyə hazır olmalıdır.
Qeyd olunan əməkdaşlar Dünya Bankının Təlimatlarına «Dünya Bankının Borcalanları tərəfindən Məsləhətçilərin seçilməsi və işə götürülməsi» (2014-ci ilin iyul ayında düzəlişlər edilmişdir) qaydalarına uyğun olaraq seçiləcək.
Namizədlər tərcümeyi-hallarını və diplomlarının surətlərini aşağıdakı ünvana 19 may 2017-ci il, saat 18.00-dək təqdim etməlidir.
Bakı şəhəri, Tbilisi prospekti 57D,
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, AZ11122
Telefon: (99412) 4318703, 4318769
Faks: (99412) 4318211
Е-mail: aygun@sfdi.net







