8 C
Baku
Monday, November 18, 2024

Monqolustan paytaxtı Qarakoruma köçürüləcək

Monqolustanın Dövlət Böyük Xuralı (parlamenti) Monqolustan İmperiyasının qədim paytaxtı Karakorum şəhərinin bərpası barədə qərarın lehinə səs verib.

Bu barədə parlamentin rəsmi saytı məlumat yayıb.

Qərarı deputatların əksəriyyəti dəstəkləyib. Monqolustanın prezidenti Uxnaaqiyn Xurelsux dekabrda qədim paytaxtın bərpası təşəbbüsü ilə çıxış edib.

Ölkənin hakimiyyət orqanları şəhərin inkişafı üçün baş plan hazırlamağı planlaşdırır.

Qarakorum 1235-1260-cı illərdə Yapon dənizindən Şərqi Avropaya qədər əraziləri özündə birləşdirdiyi dövrdə Monqol İmperatorluğunun paytaxtı olmuşdur. Hazırda şəhərin yerində 2011-ci ildə açılmış Qarakoram tarixi muzeyi fəaliyyət göstərir. Şəhəri əhatə edən Orxon çayı vadisinin mədəni mənzərəsi YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxildir.

Son xəbərlər
Digər xəbərlər