8 C
Baku
Bazar, Yanvar 23, 2022

Monqolustan Prezidenti koronavirusla əlaqədar karantinə yerləşdirilib

Monqolustan Prezidenti Xaltmaa Battulqa koronavirusla əlaqədar karantinə yerləşdirilib.

“Sputnik” xəbər verir ki, Prezident Xaltmaa Battulqa ötən gecə Çindən səfərdən qayıdıb.

Ölkəsinə qayıdan dövlət başçısı karantinə alınıb.

O, ölkənin Xarici İşlər naziri ilə birgə 14 gün karantində olacaq.

Maraqlıdır ki, Monqolustan prezidentinin Çinə səfərində məqsəd koronavirusla bağlı mübarizə məsələlərini müzakirə etmək olub.

©Report

Son xəbərlər
Oxşar xəbərlər