Monteneqroda Konstitusiya Məhkəməsinin üç hakimi seçilib. Beləliklə, ölkə Məhkəmənin işini blokdan çıxarıb və onun Avropa İttifaqına üzvlüklə bağlı müraciətinə baxılması şərtini yerinə yetirib.
Qeyd edək ki, hakimiyyət orqanları hakimlərin təyinatı ilə bağlı razılığa gələ bilmədiyi üçün ölkədə Konstitusiya Məhkəməsinin işi bir neçə ay bloklanmışdı – yeddi yerdən dördü boş qalmışdı.
Aİ nümayəndələri Monteneqroya xəbərdarlıq ediblər ki, birliyə gedən yolu davam etdirmək üçün Konstitusiya Məhkəməsinin normal fəaliyyəti şərtdir. Gələn ay ölkədə prezident seçkiləri keçiriləcək, buna görə də məhkəmə qanunun aliliyi üçün çox vacibdir.
Dünən dörd hakimdən üçü təsdiqlənib (dördüncü namizədlə bağlı razılıq əldə olunmayıb). Bir üzvün çatışmazlığına baxmayaraq, məhkəmə indi rəsmi olaraq fəaliyyət göstərir. Dördüncü hakim üçün yeni səsvermə bir neçə həftə ərzində gözlənilir.
“Bu gün Monteneqrodan yaxşı xəbər! Ümid edirəm ki, tezliklə dördüncü hakim seçiləcək. Tərəflər arasında dialoq və kompromis mədəniyyəti Aİ-yə doğru irəliləyişin yeganə yoludur”, – Avropa Parlamentinin region üzrə məsul üzvü Vladimir Bilçik bildirib.