13 C
Baku
Saturday, November 23, 2024

Monteneqro Serbiyadan ərzaq məhsullarının ixracına icazə verilməsini istəyib

Monteneqro Serbiyadan bu ölkəyə müəyyən həcmdə bitki yağı, un və buğda ixracına icazə verilməsini xahiş edib.

“URA Hərəkatı”nın sədr müavini Qoran Djuroviç Baş nazirin müavini Dritan Abazoviçin Serbiya rəsmiləri ilə əlaqə saxladığını, onlardan Monteneqroya 7 milyon litr bitki yağı, 18 min ton un və 4 min ton buğda satışına razılıq verilməsini istəyib.

Qeyd edək ki, Serbiya ərzaq məhsullarının qiymətlərinin artması və qlobal böhrandan sonra bəzi əsas məhsulların ixracına qadağa qoyub.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər