8 C
Baku
Thursday, March 28, 2024

Monteneqroda Rusiya deputatlarının və məmurlarının əmlakına həbs qoyuldu

Monteneqro Avropa İttifaqının Rusiya Federasiyasına qarşı sanksiyalarına qoşulub. Ölkənin hakimiyyət orqanları siyasətçilər və məmurlar da daxil olmaqla, 34 rusiyalıya qarşı məhdudiyyətlər tətbiq ediblər.

Belə ki, Monteneqro hakimiyyəti Rusiya Federasiyasının bir sıra vətəndaşlarının aktivlərinə həbs qoyub.

Rusiya vətəndaşlarının daşınmaz əmlak almağı və dincəlməyi xoşladıqları ölkələrdən biri olan Monteneqro Rusiya Federasiyasının Ukraynada başlatdığı müharibəyə qarşı çıxıb.

Bu ölkə Bolqarıstan və Şimali Makedoniya ilə birlikdə Serbiyaya səfər etmək istəyən Rusiyanın xarici işlər naziri Sergey Lavrovun təyyarəsinə də öz səmasını bağlayıb.

 

 

Son xəbərlər
Digər xəbərlər