15 C
Baku
Tuesday, April 30, 2024

Monteneqrodakı Azərbaycan bankı adını dəyişib

Bu ilin iyun ayında Monteneqoda fəaliyyətə başlayan Azərbaycan kapitallı “Azmont bank” adını “Nova bank”a dəyişib. 

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Xatırladaq ki, baş ofisi Podqoritsada yerləşən banka lisenziya bu il, martın 1-də Monteneqro Mərkəzi Bankı tərəfindən verilib. Bu il, iyulun 1-nə maliyyə qurumunun nizamnamə kapitalı 11,98 mln. avro, məcmu kapitalı 11,763 mln. avro, akitivləri 12,135 mln. avro, öhdəlikləri 372 min avro təşkil edib. Bank ilin 1-ci yarısını 217 min avro xalis zərərlə başa vurub.

Monteneqronun sayca 15-ci bankı olan “Nova bank” “Azmont Investments” layihəsinin (Azərbaycan-Monteneqro birgə müəssisəsi) azərbaycanlı investoru tərəfindən “Azerbaijan Global Investments” (AGI) şirkəti ilə tərəfdaşlıq şərçivəsində yaradılıb.  “Azmont İnvestments” Boka-Kotor buxtası sahillərində yerləşən Kumbor qəsəbəsindəki “Portonovi” tikinti kompleksi layihəsini reallaşdırırır. Komples 26 hektar ərzini əhatə edir. Komplekin tərkibinə “One&One” hoteli, spa-mərkəz, yaxtalar üçün liman, villalar və evlər, mağazalar və restoranlar daxildir. Mehmanxananın 2018-ci ilin yayında istifadəyə veriləcəyi gözlənilir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər