Monteneqronun Azərbaycandakı diplomatik nümayəndəliyinə yeni rəhbər təyin olunub.
Bu barədə Monteneqronun Azərbaycandakı Fəxri Konsulluğunun feysbuk səhifəsində məlumat paylaşılıb.
“Birinci katib xanım Miliça Buriç Monteneqronun Azərbaycandakı diplomatik nümayəndəliyinin rəhbəri vəzifəsinə təyin edilib. Xanım Buriçi təbrik edirik və gələcək işlərində müvəffəqiyyətlər arzulayırıq”, – məlumatda qeyd olunub.
Bildirilib ki, M.Buriç Monteneqronun Azərbaycandakı Fəxri Konsulluğunun fəaliyyəti ilə tanış olub, görülən işləri yüksək qiymətləndirib və quruma gələcək fəaliyyətində uğurlar arzulayıb.