-1 C
Baku
Saturday, March 1, 2025

Monteneqronun turizm gəlirləri 20 ildə ilk dəfə azalıb

Monteneqronun turizm gəlirləri son 20 ildə ilk dəfə azalıb.

Bu barədə Monteneqro Statistika İdarəsinin (Monstat) və Mərkəzi Bankın məlumatlarında deyilir.

Bildirilir ki, Monteneqro ötən il turizmdən 1,46 milyard avro gəlir əldə edib və bu rəqəm 2023-cü ildəki göstəricidən 3,6 faiz azdır. 2020-ci il pandemiyası istisna olmaqla, turizm gəlirləri ilk dəfə azalıb.

Keçən il ölkəyə 2,6 milyon turist səfər edib, 15,6 milyon gecələmə qeydə alınıb. Turistlərin sayı əvvəlki illə müqayisədə azalıb. Monteneqroya ən çox Serbiyadan, daha sonra isə Bosniya və Herseqovina, Rusiya və Türkiyədən turistlər gəlib.

Mərkəzi Bankın məlumatına görə, Montenqroda ticarət kəsiri artaraq 3,4 milyard avroya çatıb və bu da ümumi turizm gəlirlərindən 2,5 dəfə çoxdur.

Mənbəazərtac
Son xəbərlər
Digər xəbərlər