29 aprel 2023-cü il saat 10.30-da “Montin Bazar” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı cəmiyyətin yerləşdiyi ünvanda keçiriləcəkdir.
Banker.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. 2022-ci ilin illik maliyyə balansının təsdiq edilməsi.
2. Mənfəət və zərərlərin bölüşdürülməsi.
3. Cəmiyyətin yeni nizamnaməsinin qəbul edilməsi.
4. Seçkili orqanların yenidən seçilməsi.
5. Digər məsələlər.
Səhmdarlar gündəlikdəki məsələlərə aid sənədlərlə tanış olmaq və hər hansı sualla bağlı iş günləri saat 10.00-dan 13.00-dək cəmiyyətin icra orqanının rəhbərinə müraciət edə bilərlər.