“Mood’s” Azərbaycanın kredit reytinqlərini “Ba2” səviyyəsində təsdiq edib, proqnoz “sabit”dir

0

Beynəlxalq kredit reytinqi agentliyi “Moody’s Investors Service” cümə günü Azərbaycanın uzunmüddətli emitent və təminatsız borc reytinqini “Ba2” səviyyəsində təsdiq edib.

Agentliyin məlumatında deyilir ki, reytinq üzrə proqnoz “sabit” kimi saxlanılıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

“Moody’s”in ekspertləri qeyd edirlər ki, reytinqin təsdiq olunmasını əsas amilləri aşağıdakılardır: cari büdcə islahatlarına əsaslanan hökumətin artan təmiz kreditor mövqeyi; bank sektorunda risklərin tədricən azalması; iqtisadiyyatın şaxələndirilməsinin məhdud perspektivləri və mümkün şoklara iqtisadiyyatın cavab vermək qabiliyyətini azaldan institusional məhdudiyyətlər.

“Moody’s”in gözləyir ki, Azərbaycanın ümumi dövlət borcu 2018-ci ildə ÜDM-in 33%-dən 2020-ci ilədək ÜDM-in 29%-dək azalacaq.

“Ötən il Azərbaycan dövlət xərclərini məhdudlaşdıran qaydaları qəbul edib. Bu qaydalar hökumətin karbohidrogenlərin ixracından gəlirlərdən asılılığın, illik qeyri-neft kəsirinin azalması, neftin aşağı qiyməti və ya iqtisadi artımın mühüm dərəcədə sürətinin azalması zamanı kontrsiklik xərcələrin yol verilməsinə yönəldilib. 2018-2025-ci illər üçün uzunmüddətli borc strategiyası birbaşa dövlət borcunun azalmasına yönəlib və yeni birbaşa borcun yaranması və yeni zəmanətlərin verilməsinə məhdudiyyət qoyur”, – agentliyin məlumatında deyilir.

Agentlik ortamüddətli perspektivdə Azərbaycanın karbohidrogen sektorundan asılılığının mühüm dərəcədə dəyişəcəyini gözləmir. “Moody’s”in analitiklərinə əsasən, ötən il sektor ümumi ixracın 90%-dən çoxunu, sənaye istehsalının 75%-ni, birləşdirilmiş dövlət gəlirlərinin 60%-ə yaxınını təmin edib.

““Moody’s”in qiymətləndirdiyi karbohidrogen istehsalçı ölkələr arasında neft-qaz sektprundan asılılıq ən yüksək səviyyədədir. Gəlirlərin daha aşağı səviyyədə olması və daha iri hımcdə karbohidrogen istehsal edən ölkələrlə müqayisədə iqtisadiyyatın kiçik həcmi Azərbaycanın iqtisadi sabitliyini daha da məhdudlaşdırır”, – agentliyin mütəxəssisləri qeyd edirlər.