26 C
Baku
Saturday, July 27, 2024

Moody Azərbaycanın 6 bankının reytinqini dəyişdi

Moody’s Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın 6 özəl Bankının reytinqini açıqlayıb. “Report”un agentlikdən əldə etdiyi məlumata görə, banklardan 3-ü üçün neqativ reytinq verilib.

Məlumata görə, agentlik “VTB Bank” (Azerbaijan) ASC, “Bank of Baku” ASC–nin İlkin Kredit Qiymətləndirilməsi (BCAs) və uzunmüddətli depozit reytinqini aşağı salıb.

Bununla yanaşı “Moody’s” “Xalq Bank” ASC, “Bank Respublika” ASC və “Kapital Bank” ASC-nin uzunmüddətli depozit reytinqini proqnozunu stabildən neqativə dəyişib.

“Azərbaycan Beynəlxalq Bankı”nın uzunmüddətli depozit və təminatsız kredit reytinqi Ba3 səviyyəsində, BCA isə b3 səviyyəsində saxlanılıb.

Agentlik bankların kredit reytinqinə dekabrda manatın amortizasiyası, üzən məzənnəyə keçid və bankların sürətlə dollarlaşmasının təsir etdiyini deyir.

“VTB Bank” (Azerbaijan) ASC-nin “BCA” reytinqi b2-dən caa1-ə, uzunmüddətli depozit reytinqi isə B1-dən B2-yə salınıb.

“Bank of Baku”nun BCA üzrə reytinqi b1-dən b3-ə, uzunmüddətli depozit reytinqi isə B1-dən B3-ə endirilib.

Son xəbərlər
Digər xəbərlər